İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub

İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub Rəcəb Tayyib Ərdoğan: "Türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut etdi"
Region
22 İyul , 2016 09:59
İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub

Bakı. 22 iyul. REPORT.AZ/ İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub.

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla birlikdə xalqa müarciətində bildirib.

R.T.Ərdoğan deyib ki, Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişinə uğursuz cəhd etdiyi günlərdə türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut etdi: "Demokratiyanın keşiyində durmağımızı sonuna qədər davam etdirərək bu uğuru sona çatdırmalıyıq. Dedi-qodulara, fitnə mərkəzlərinə etibar edilməməlidir, yalnız və yalnız hökumətimizin səlahiyyətli qurumlarının və şəxslərinin verdikləri məlumatlara etibar etməyinizi xüsusi olaraq xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi