​İtaliya tükiyəli hərbi attaşelərin bu ölkəyə qaçmasından məlumatsız olduğunu bildirib

​İtaliya tükiyəli hərbi attaşelərin bu ölkəyə qaçmasından məlumatsız olduğunu bildirib Mövlud Çavuşoğlu: "Polkovniklər Halis Tunc və İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıb"
Region
12 Avqust , 2016 12:27
​İtaliya tükiyəli hərbi attaşelərin bu ölkəyə qaçmasından məlumatsız olduğunu bildirib

Bakı. 12 avqust. REPORT.AZ/ İtaliya hökuməti Tükiyənin Yunanıstandakı iki hərbi attaşesinin bu ölkəyə sığınmasından məlumatsız olduğunu bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat İtaliyanın Xarici İşlər Nazirliyindən yerli mətbuata sızdırılıb.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstandakı iki hərbi attaşe - polkovniklər Halis Tunc və İlhan Yaşıtlının ailələri ilə birlikdə İtaliyaya qaçdıqlarını bildirmişdi. Bundan sonra Türkiyə səfirliyi onların təhvil verilməsi üçün İtaliya hökumətinə müraciət edib. 

Xatırladaq ki, İ.Yaşıtlı Türkiyə Silahlı Qüvvələri, H.Tunc isə Hərbi Dəniz Qüvvələrinin attaşesidir. Onlar ailələri ilə birlikdə Yunanıstandan qaçıblar. Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN-də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib. 

Son xəbərlər

Orphus sistemi