İsveç vətəndaşlarına Ankara və İstanbula səfər qadağası götürülüb

İsveç vətəndaşlarına Ankara və İstanbula səfər qadağası götürülüb Rəsmi Stokholm insanların sıx olduğu məkanlardan uzaq durmağı və diqqətli olmağı tövsiyə edib
Region
28 İyul , 2016 20:32
İsveç vətəndaşlarına Ankara və İstanbula səfər qadağası götürülüb

Bakı. 28 iyul. REPORT.AZ/ İsveç hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bu ölkəyə səyahət etmək niyyətində olan vətəndaşlarına tövsiyə xarakterli xəbərdarlığında dəyişiklik edib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, rəsmi Stokholm Ankara və İstanbul risqli şəhərlər siyahısından çıxarıb. Ancaq bununla belə, ölkə vətəndaşlarına insanların sıx olduğu məkanlardan uzaq durmağı və diqqətli olmağı tövsiyə edib. 

Məlumata görə, xəbərdarlıqda Türkiyə-Suriya sərhədindən 10 kilometr msafəyə qədər olan əraziyə və Diyarbəkir şəhərinə getməmək saxlanılıb. Eyni zamanda, İsveç vətəndaşlarına Hatay, Kilis və Qaziantep şəhərlərinə də zərurət olmadığı təqdirdə səfər edilməməsi məsləhət görülüb. 

Son xəbərlər

Orphus sistemi