İstanbulun üçüncü asma körpüsü bu yaz açılacaq

İstanbulun üçüncü asma körpüsü bu yaz açılacaq Yavuz Sultan Səlim körpüsünün inşaatı ilə bağlı işlərin 88 faizi tamamlanıb
Region
8 Yanvar , 2016 21:02
İstanbulun üçüncü asma körpüsü bu yaz açılacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ İstanbul şəhərinin Avropa və Asiya hissələrini birləşdirən üçüncü asma körpü bu ilin yaz aylarında açılacaq. "Report" NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib.

Helikopterlə inşaat sahəsini izləyən Davutoğlu qeyd edib ki, Yavuz Sultan Səlim Körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü"sü adını qazanacaq.

Hündürlüyü 322 metrdən çox olacaq körpünün üzərində avtomobillərin maneəsiz hərəkəti üçün 8 hərəkət zolağı, eləcə də, 2 xətli dəmiryol relsləri də salınacaq. Bununla da İstanbulun Avropa və Asiya hissəsini birləşdirən körpü tıxacların aradan qaldırılmasında böyük rol oynayacaq.

Davutoğlunun sözlərinə görə, Yavuz Sultan Səlim körpüsünün inşaatı ilə bağlı işlərin 88 faizi tamamlanıb.

Son xəbərlər

Orphus sistemi