İstanbulun keçmiş valisi saxlanılıb

İstanbulun keçmiş valisi saxlanılıb Hüseyn Avni Mutlu Türkiyədə uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində İstanbulda nəzarət altına alınıb
Region
26 İyul , 2016 12:08
İstanbulun keçmiş valisi saxlanılıb

Bakı. 26 iyul. REPORT.AZ/ İstanbul şəhərinin keçmiş valisi Hüseyn Avni Mutlu saxlanılıb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, sabiq vali Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində İstanbulda nəzarət altına alınıb.

Məlumata görə, polislər H.A.Mutlunun evində axtarışlar aparır. 

Qeyd edək ki, H.A.Mutlu 2010-2014-cü illəri arasında İstanbul şəhərinin valisi vəzifəsində çalışıb və 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan 246 mülki işçidən biri idi. 

Son xəbərlər

Orphus sistemi