İstanbulun Boğaziçi körpüsünə "15 İyul şəhidlər körpüsü" adı verilib

İstanbulun Boğaziçi körpüsünə "15 İyul şəhidlər körpüsü" adı verilib Bu barədə Nazirlər Kabinetinin iclasında qərar verilib
Region
26 İyul , 2016 01:19
İstanbulun Boğaziçi körpüsünə 15 İyul şəhidlər körpüsü adı verilib

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Boğaziçi körpüsünün adı "15 İyul şəhidlər körpüsü" olaraq dəyişdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

"Bu gün Nazirlər Kabinetinin iclasında İstanbul və Ankarada şəhidlərə bir abidənin ucaldılması müzakirə mövzusu olub. Həmçinin dövlət çevrilişinə cəhd edənlərin ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adının "15 İyul şəhidlər körpüsü" olaraq dəyişdirilməsinə də qərar verilib", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi