​İstanbulla Tbilisi qardaşlaşmış şəhərlər elan olunub

​İstanbulla Tbilisi qardaşlaşmış şəhərlər elan olunub Kadir Topbaş İstanbul Böyük Bələdiyyəsi adından Tbilisiyə 5 avtobus hədiyyə edib
Region
19 Aprel , 2016 15:18
​İstanbulla Tbilisi qardaşlaşmış şəhərlər elan olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyənin İstanbul şəhəri ilə Gürcüstan paytaxtı Tbilisi qardaşlaşmış şəhərlər elan olunublar.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, Tbilisi meri David Narimaniyanın İstanbula səfəri zamanı bu haqda uyğun memorandum hazırlanıb. Sənədi İstanbul Böyük Bələdiyyəsinin rəhbəri Kadir Topbaşla David Narimaniya imzalayıb.

K.Topbaş İstanbul Böyük Bələdiyyəsi adından Tbilisiyə 5 avtobus hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi