İstanbulda yerləşən hərbi hissələrin köçürülməsinə başlanılıb

İstanbulda yerləşən hərbi hissələrin köçürülməsinə başlanılıb İstanbulun Başakşehir rayonunda yerləşdirilən 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasının tankları şəhərdən kənara daşınır
Region
22 Avqust , 2016 16:06
İstanbulda yerləşən hərbi hissələrin köçürülməsinə başlanılıb

Bakı. 22 avqust. REPORT.AZ/ İstanbulda dislokasiya olunan hərbi hissələrin şəhərdən kənara köçürülməsinə başlanılıb. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, İstanbulun Başakşehir rayonunda yerləşən 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasının tankları şəhərdən kənara daşınır.

Məlumata görə, tanklar Türkiyənin Şərqi Trakiya bölgəsində, Tekirdağ əyalətinin Çorlu rayonunda yerləşdiriləcək. Bu rayon İstanbuldan sonra ölkənin Şərqi Trakiyadakı ən böyük ikinci dislokasiya ərazisi sayılır. Çorlu Tekirdağın mərkəzindən 38 km aralıdadır.

Ümumiyyətlə, bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Fikri İşıq bildirmişdi ki, sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələrin köçürülməsi planlaşdırılır. Nazir qeyd etmişdi ki, bəzi hərbi hissələr 10 gün, bəziləri 20 gün, bəziləri isə bir aya köçürüləcək: "Onların əraziləri isə xalqın istifadəsinə veriləcək. "Akıncı" hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi