İstanbulda törədilmiş terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər həbs edilib

İstanbulda törədilmiş terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər həbs edilib Saxlanılanlar arasında 1 Rusiya vətəndaşı da var
Region
1 İyul , 2016 10:24
İstanbulda törədilmiş terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər həbs edilib

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyədə İstanbulun Atatürk Hava Limanında törədilmiş terror hücumlarında əli olmaqda şübhəli bilinən 11 nəfər həbs edilib.

"Report" "Hürriyət"ə istinadən xəbər verir ki, saxlanılanlar arasında 1 Rusiya vətəndaşı da var.

Onların hamısı İŞİD terror qruplaşması ilə bağlıdır. Əməliyyat İstanbulun Başakşehir rayonunda keçirilib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanında 3 terrorçu-kamikadze terror aktları həyata keçirib. Üç partlayış nəticəsində 42 nəfər dünyasının dəyişib, 238 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi