Bakı. 1 iyun. REPORT.AZ/ İstanbulda tikilən "Alibeyköy" metro xəttində partlayış baş verib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, hadisə təbii qaz kəmərinin partlaması nəticəsində baş verib.
Hazırda ətraf binalarda yaşayan sakinlər təxliyyə edilir.