İstanbulda terrorçu PKK-nın qadın silahlısı tutulub

İstanbulda terrorçu PKK-nın qadın silahlısı tutulub Onun terrorçu PKK qruplaşmasının başçılarından Murat Karayılanla fotoları KİV-də yayılıb
Region
8 Sentyabr , 2016 14:22
İstanbulda terrorçu PKK-nın qadın silahlısı tutulub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Atatürk Beynəlxalq Hava Limanında keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının tanınmış üzvlərindən olan qadın silahlı tutulub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Milli İstiqbarat Təşkilatının İstanbul şöbəsi hava limanına Ebru Qırat adlı terrorçunun gələcəyini əvvəlcədən bilirmiş.

İnformasiyaya əsasən, "Amara" ləqəbli terrorçu təyyarədən düşərkən onu təhükəsizlik orqanının əməkdaşları həbs ediblər.

Xəbərdə bildirilib ki, onun PKK başçılarından Murat Karayılanla fotoları KİV-də yayılıb.

Məlumata görə, təhlükəsizlik idarəsində o, sorğu-sual edilir.

Son xəbərlər

Orphus sistemi