​İstanbulda tarixi parkın divarı çöküb: 2 ölü, 5 yaralı - YENİLƏNİB

​İstanbulda tarixi parkın divarı çöküb: 2 ölü, 5 yaralı - YENİLƏNİB Daha iki nəfər hələ də dağıntı altındadır
Region
4 Aprel , 2016 14:53
​İstanbulda tarixi parkın divarı çöküb: 2 ölü, 5 yaralı - YENİLƏNİB

Bakı. 4 aprel. REPORT.AZ/ İstanbulda tarixi Gülhane parkında çayxana divarının uçması nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

Məlumata görə, daha iki nəfər hələ də dağıntı altındadır.

Hadisəyə səbəb torpağın sürüşməsi göstərilir.

*** 13:52

Bakı. 4 aprel. REPORT.AZ/ İstanbulun tanınmış və tarixi Gülhane parkında divarın çökməsi nəticəsində dağıntılar altında qalanlar var.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Qeyd edək ki, bu parkın açılışı 1912-ci ildə olub. Park İstanbulun Fatih rayonunun Eminönü istiqamətində yerləşir. 

Son xəbərlər

Orphus sistemi