Bakı. 21 avqust. REPORT.AZ/ İstanbulun Esenyurt rayonunda Kıraç polis şöbəsininin binasına silahlı basqın edilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, 2 şəxs binaya uzun çaplı silahdan atəş açıb. Polisin cavab atəşindən sonra basqınçılar hadisə yerindən qaçıb.
Xüsusi təyinatlı polsi dəstəsi onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçir.
Hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirlib.