​İstanbulda polis şöbəsinə hücum olub, 2 ölü, 1 yaralı - YENİLƏNİB 1

​İstanbulda polis şöbəsinə hücum olub, 2 ölü, 1 yaralı - YENİLƏNİB 1 Onlardan ikisi polis, biri qadındır
Region
6 Yanvar , 2015 21:54
​İstanbulda polis şöbəsinə hücum olub, 2 ölü, 1 yaralı - YENİLƏNİB 1

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərindəki Sultanahmet meydanında güclü partlayış baş verib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki polis yaralanıb. Eyni zamanda hücumu reallaşdıran qadın kamikadze ölüb. Polislərdən birinin ağır xəsarət aldığı və xəstəxanaya qaldırıldığı bildirilib. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Məlumata görə, terrorçu-kamikadze özünü Sultanahmetdəki polis şöbəsinə girməyə cəhd göstərsə də, ancaq polislər buna imkan verməyib və bombanı şöbənin qarşısındakı postun yanında partladıb.

İstanbul valisi Vasip Şahin hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, qadın kamikadze polis şöbəsinə ingilis dilində danışaraq pulqabısını itirdiyi bəhanəsi ilə daxil olub və özünü partladıb: "Kenan Kumaş adlı polis məmuru ağır yaralıdır və xəstəxanadadır. Digər polis əməkdaşı isə yüngül yaralanıb. Hazırda ölən kamikadzenin şəxsiyyəti müəyyənləşdirilir".

Son xəbərlər

Orphus sistemi