Bakı. 3 mart. REPORT.AZ/ İstanbulun Bayrampaşa rayonunda çevik polis qüvvəsi məntəqəsinə basqın edən terrorçuların kimliyi məlum olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsinin (DHKP-C) üzvləridir.
Hadisə nəticəsində zərərsizləşidirilənlərdən biri - 1989-cu ildə Türkiyənin Əskişəhir şəhərində anadan olmuş Çiğdəm Yahşı, o biri isə 1989-cu ildə ölkənin Malatya şəhərində doğulmuş Berna Yılmazdır.
Berna Yılmaz 2013-cü ildə 19 ay azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, martın 3-də İstanbulun Bayrampaşa rayonunda çevik polis qüvvəsi məntəqəsinə qumabara atılıb, atəş açan iki terrorçu qadın zərərsizləşdirilib.