İstanbul valisi: "Partlayış nəticəsində 10 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

İstanbul valisi: "Partlayış nəticəsində 10 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB Vasip Şahin: "Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosklet vasitəsilə törədilib"
Region
6 Oktyabr , 2016 17:51
İstanbul valisi: Partlayış nəticəsində 10 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Polis məntəqəsinə hücum partlayıcı yüklənmiş iki motosklet vasitəsilə törədilib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İstanbul valisi Vasip Şahin bildirib.

"İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər yaralanıb", - deyə vali açıqlamasında vurğulayıb.

*** 17:08

Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunun Yenibosna 75 il Polis Mərkəzi yaxınlığıda partlayış olub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış avtomobil ilə polis məntəqəsinə hücum olub. Biri ağır olmaqla 5 nəfər yaralanıb.

Partlayışın törədilməsinin səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi