İstanbulda hoteldə yanğın söndürülüb - YENİLƏNİB

İstanbulda hoteldə yanğın söndürülüb - YENİLƏNİB Binanın yuxarı mərtəbələrində bir neçə nəfərin qaldığı bildirilir
Region
12 Yanvar , 2016 14:58
İstanbulda hoteldə yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Maltəpə rayonunun Gülüsuyu hissəsində yerləşən mehmanxanada baş verən yanğın söndürülüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Təxliyyə olunanlardan bəziləri zəhərləndiyindən, xəstəxanaya aparılıb.

*** 12:32

Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Maltəpə rayonunun Gülüsuyu hissəsində mehmanxanada yanğın baş verib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.

Mehmanxandakı insanlar təxliyyə edilir. Binanın yuxarı mərtəbələrində bir neçə nəfərin qaldığı da bildirilir.

Son xəbərlər

Orphus sistemi