İstanbulda mikroavtobus aşıb: 1 ölü, 12 yaralı - FOTO

İstanbulda mikroavtobus aşıb: 1 ölü, 12 yaralı - FOTO Yaralılardan ikisinin vəziyyəti ağırdır
Region
14 Avqust , 2015 20:08
İstanbulda mikroavtobus aşıb: 1 ölü, 12 yaralı - FOTO

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara qaldırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Xəbərdə qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi