​İstanbulda keçirilən Dünya Humanitar Sammiti başa çatıb

​İstanbulda keçirilən Dünya Humanitar Sammiti başa çatıb Sammitdə münaqişələrin yaratdığı problemlərlə bağlı dünya ictimaiyyətinə önəmli mesajlar verilib
Region
24 May , 2016 21:16
​İstanbulda keçirilən Dünya Humanitar Sammiti başa çatıb

Bakı. 24 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Humanitar Sammiti bu gün başa çatıb.

"Report" xəbər verir ki, sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Pan Gi Mun mayın 24-də Sammitin nəticələri ilə bağlı birgə mətbuat konfransı keçirib. Diqqətə çatdırılıb ki, BMT-nin üzvü olan ölkələrdən 65 dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, özəl sektorun, aparıcı KİV-lərin nümayəndələri və QHT təmsilçiləri ilə birlikdə ümumilikdə 10 min nəfərin iştirak etdiyi Sammitdə münaqişələrin yaratdığı problemlərlə bağlı dünya ictimaiyyətinə önəmli mesajlar verilib.

Qeyd edilib ki, münaqişələrin yaratdığı böhran o həddədir ki, beynəlxalq ictimaiyyət yaranan problemlərin həllində özünü kənara çəkmək iqtidarında deyil. Həmçinin mövcud münaqişələrin həlli, yeni qarşıdurmalara yol verməmək dünya ictimaiyyətinin əsas problemi kimi diqqətə çatdırılıb. Bildirilib ki, haqqında bəhs olunan problemlərin həlli üçün yolların axtarılması davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi