Bakı. 16 may. REPORT.AZ/ Beynəlxalq Humanitar Yardım Sammiti mayın 23-24-də İstanbulda keçirilǝcǝk.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BMT baş katibi, Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə həyata keçiriləcək zirvə Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq.
BMT məlumatına görə, Türkiyə müasir dünyada ən çox qaçqın saxlayan ölkədir: "Türkiyə rəsmi humanitar yardımının milli gəlirə nisbəti nəzərə alınmaqla dünyanın "ən comərd" donor ölkəsidir".