​İstanbulda İŞİD-in 7 terrorçusu tutulub

​İstanbulda İŞİD-in 7 terrorçusu tutulub Antiterror əməliyyat nəticəsində ümumilikdə 11 şübhəli saxlanılıb
Region
12 Noyabr , 2015 11:06
​İstanbulda İŞİD-in 7 terrorçusu tutulub

Bakı. 12 noyabr. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyat nəticəsində 11 şübhəli tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, İstanbulun Bağçılar, Ümraniye, Esenler, Silivri və Bahçelievler rayonlarında 20-dən artıq ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Antiterror tədbiri nəticəsində 7-si xarici ölkə vətəndaşı olmaqla 11 şübhəli tutulub.

Tutulan 7 əcnəbinin İŞİD terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.

Ünvanlarda keçirilən əməliyyat-axtarış nəticəsində qruplaşmaya aid çoxlu sayda təbliğat vasitəsi və rəqəmsal vəsait aşkarlanaraq, götürülüb.

Məlumata əsasən, əməliyyat davam edir, tutulanların sayının artacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi