İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərilib

İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərilib Cənazələr polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib
Region
16 Yanvar , 2016 19:24
İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərilib

Bakı. 16 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet meydanında törədilən terror aktı nəticəsində həlak olan 10 Almaniya vətəndaşının cənazəsi Berlinə göndərilib.

"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, turistlərin cənazələri Bakı saatı ilə 15.10-da polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib və Almaniyadan göndərilən xüsusi təyyarəyə yüklənərək yola salınıb.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi