Bakı. 8 sentyabr. REPORT.AZ/ İstanbulun 15 rayonunda Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı keçirilən istintaq çərçivəsində hərbçilərin 85 "abi"si barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, onlar İstanbul prokurorluğunun sanksiyasına əsasən tutulublar.
İnfromasiyaya görə, həbs olunanlardan 6-sı general, 43-ü müxtəlif rütbəli zabit, 32-si çavuş, 4-ü isə mülki vətəndaşdır.
Qeyd edək ki, FETÖ-çülərin təlimatçıları "abi" və "abla" adlandırılır.