​İstanbulda antiterror əməliyyatı zamanı Azərbaycanın 2 vətəndaşı tutulub

​İstanbulda antiterror əməliyyatı zamanı Azərbaycanın 2 vətəndaşı tutulub İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar
Region
27 Oktyabr , 2015 13:38
​İstanbulda antiterror əməliyyatı zamanı Azərbaycanın 2 vətəndaşı tutulub

Bakı. 27 oktyabr. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində iki Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 21 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında İstanbulun Sultanbəyli və daha iki başqa rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı 25 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 2-si Azərbaycan vətəndaşı, 7-si uşaq olamqla 21 nəfər tutulub.

Xəbərdə bildirilib ki, İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar. 

Son xəbərlər

Orphus sistemi