​İstanbulda 203 nümayişçi saxlanılıb

​İstanbulda 203 nümayişçi saxlanılıb Hadisələr zamanı 6 polis əməkdaşı və 18 nümayişçi yaralanıb
Region
1 May , 2015 20:26
​İstanbulda 203 nümayişçi saxlanılıb

Bakı. 1 may. REPORT.AZ/ İstanbulda 1 May - Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə keçirilən nümayişlərdə 203 nəfər saxlanılıb.

"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul şəhər valiliyinin açıqlamasında bildirilib.

"Baş verən hadisələrdə 6 polis əməkdaşı və 18 nümayişçi yaralanıb. Axtarışlar zamanı 2 ədəd səs bombası, 1 ədəd silah, 54 ədəd "Molotov kokteyli", 5 ədəd fişəng, 6 ədəd sapan, 6 ədəd maska, 1 ədəd ratsiya rabitə aparatı və 1 ədəd qar maskası aşkar edilib", - açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi