İstanbul Universitetinin daha 62 müəllimi tutulub

İstanbul Universitetinin daha 62 müəllimi tutulub Tutulan müəllimlər FETÖ ilə əlaqədə şübhəli bilinirlər
Region
19 Avqust , 2016 12:12
İstanbul Universitetinin daha 62 müəllimi tutulub

Bakı. 19 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbul Universitetinin 62 müəllimi tutulub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həbs olunanlar arasında professorlar da var.

Məlumata görə, tutulan müəllimlər FETÖ ilə əlaqədə şübhəli bilinirlər.

Qeyd edək ki, iyulun 20-də İstanbul Universitetinin 95 müəllimi tutduğu vəzifədən uzaqlaşdırılıb. Ötən ayın 25-də isə İstanbul Prokurorluğunun qərarı ilə bu ali təhsil ocağının 31 müəllimi həbs edilib.

Son xəbərlər

Orphus sistemi