İstanbul Təhlükəsizlik İdarəsinin keçmiş müdirinin mal-mülkünə həbs qoyulub

İstanbul Təhlükəsizlik İdarəsinin keçmiş müdirinin mal-mülkünə həbs qoyulub Onun barəsində həbs qətimkan tədbiri seçilib
Region
7 Sentyabr , 2016 13:52
İstanbul Təhlükəsizlik İdarəsinin keçmiş müdirinin mal-mülkünə həbs qoyulub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Məhkəmə İstanbul əyaləti Təhlükəsizlik İdarəsinin keçmiş müdiri Hüseyn Çapkının mal-mülkü və bank hesablarına həbs qoyulması haqda qərar çıxarıb.

"Report" Haberturk-ə istinadən xəbər verir ki, bu haqda bütün banklara və əmlak idarələrinə yazılı məlumatlar göndərilib.

Qeyd edək ki, Hüseyn Çapkı Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı istintaq əməliyyat tədbirləri çərçivəsində saxlanılıb. Sentyabrın 3-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.  

Son xəbərlər

Orphus sistemi