İstanbul Hava Limanında yanan sərnişin təyyarəsi söndürülüb - VİDEO

İstanbul Hava Limanında yanan sərnişin təyyarəsi söndürülüb - VİDEO Milan-İstanbul aviareysini həyata keçirən təyyarə havaya qalxdıqdan sonra mühərriklərindən birində yanğın baş verib
Region
25 Aprel , 2015 13:21
İstanbul Hava Limanında yanan sərnişin təyyarəsi söndürülüb - VİDEO

Bakı. 25 aprel. REPORT.AZ/ "Türk Hava Yolları" (THY) şirkətinə məxsus sərnişin təyyarəsi İstanbul Atatürk Hava Limanına məcburi eniş edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Milan-İstanbul aviareysini həyata keçirən və içərisində 97 sərnişin, 6 ekipaj üzvü olan "Airbus 320" təyyarəsi hava limanına enərkən mühərriklərindən birində yanğın baş verib. Nəticədə pilot təyarəni yanğın davam etdiyi halda yerə endirib.  

Təyyarənin qanadı məcburi eniş zamanı yerə dəyib. Dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib və yanğına müdaxilə ediblər. Sərnişinlər qorxu içərisində təyyarəni tərk ediblər. Aeroportda bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. 

Son məlumata görə, artıq təyyarədə baş verən yanğın söndürülüb və 103 nəfər evakuasiya edilib. Haırda baş verən hadisə ilə bağlı təhqiqat işlərinə başlanılıb. Sərnişinlərin sağlıq durumunun yaxşı olduğu bildirilir. 

Qeyd edək ki, iki gün öncə də həmin təyyarənin Frankfurt-İstanbul aviareysini həyata keçirərkən salon şüşəsi çatlayıb. Daha sonra şüşəsi dəyişdirilən "Airbus A320" təyyarəsi dünən İstanbul-Milan aviareysini gerçəkləşdirib. Təyyarənin Milandan İstanbula qayıdarkən də sağ mühərriki yanıb. 

Son xəbərlər

Orphus sistemi