İsrail XİN-in nümayəndəsi: "Türkiyə həmişə mühüm tərəfdaşımız olub"

İsrail XİN-in nümayəndəsi: "Türkiyə həmişə mühüm tərəfdaşımız olub" Emmanuel Naxşon: "Türkiyə ilə münasibətlərin istiləşməsinin digər ərəb ölkələrinə də yayılacağına ümid edirik"
Region
20 Sentyabr , 2016 11:13
İsrail XİN-in nümayəndəsi: Türkiyə həmişə mühüm tərəfdaşımız olub

Qüds. 20 sentyabr. REPORT.AZ/ "Türkiyə həmişə mühüm tərəfdaşımız olub".

"Report" xəbər verir ki, bu sözləri azərbaycanlı jurnalistlərlə görüşdə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Naxşon deyib.

Ölkəsinin Türkiyə ilə münasibətlərini şərh edən E.Naxşon vurğulayıb ki, Təl-Əvivlə Ankara arasında münasibətlər təkcə "Mavi Mərmərə" gəmisinə görə pisləşməmişdi: "Bundan əvvəl də insidentlər olmuşdu. Amma artıq Türkiyə ilə razılaşma mərhələsindəyik, proses gedir. Bu ölkə regionda vacib oyunçudur və tezliklə səfir mübadiləsinin həyata keçiriləcəyinə ümid edirik. Biz həmçinin gəmi ilə bağlı məsələdə ölənlərin ailələrinə təzminat ödəməyi qəbul etmişik, ancaq bayramla əlaqədar pul köçürülmələrini apara bilmədik. Çox güman, yaxın zamanda bunu həll edəcəyik. Türkiyə ilə münasibətlərin istiləşməsinin münasibətlərimizin olmadığı digər ərəb ölkələrinə də yayılacağına ümid edirik".

İsrail-Fələstin münaqişəsinə toxunan E.Naxşon rəsmi Təl-Əvivin məsələnin həllində maraqlı olduğunu bildirib: "Bu, baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışlarda əsas mövzu olacaq".

XİN nümayəndəsi eyni zamanda İsrailin Rusiya ilə münasibətlərə böyük önəm verdiyini də qeyd edib.

Son xəbərlər

Orphus sistemi