İsrail mətbuatı: İran Suriyaya döyüşçülər göndərib

İsrail mətbuatı: İran Suriyaya döyüşçülər göndərib "Haarets" qəzeti: "İranın İnqilab Keşikçiləri Qvardiyasının yüzlərlər döyüşçüsü Bəşşar Əsədin nəzarəti altında olan bölgəyə göndərilib"
Region
11 Sentyabr , 2015 11:12
İsrail mətbuatı: İran Suriyaya döyüşçülər göndərib

Bakı. 11 sentyabr. REPORT.AZ/ İranın İnqilab Keşikçiləri Qvardiyasının yüzlərlər döyüşçüsü Suriyaya, Bəşşar Əsədin nəzarəti altında olan bölgəyə göndərilib.

"Report" xəbər verir ki, bu haqda İsrailin "Haarets" qəzeti məlumat yayıb.

Xəbərə görə, İran qvardiyaçıları ilə yanaşı həmin əraziyə Livandakı terrorçu "Hizbullah" da silahlı yollayıb.

Son bir neçə gündə Suriyaya göndərilən İran hərbçiləri ölkənin cənub-qərbində, Livanla sərhəddəki Zabadadni rayonunda yerləşdiriliblər.

İsrail kəşfiyyatının məlumatına görə, hazırda Bəşşar Əsəd ölkə ərazisinin 1/4 hissəsinə, "Kiçik Suriya"ya nəzarət edir. Həmin hissədə sahilyanı Latakiya və Tartus liman-şəhərləri yerləşir.

Qeyd edək ki, bu günlərdə ABŞ rəsmiləri Rusiyanın da Suriyaya, Bəşşar Əsəd hökumətinə yardım məqsədi ilə hərbi qüvvə və texnika göndərdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi