İŞİD ​Türkiyə prezidenti barəsində "edam hökmü" çıxarıb

İŞİD ​Türkiyə prezidenti barəsində "edam hökmü" çıxarıb Terror təşkilatının "din xadimi" Rəcəb Tayyib Ərdoğanı "xristianlara, ələvilərə və yəhudilərə satılan mürtəd" adlandırıb
Region
3 Sentyabr , 2015 11:37
İŞİD ​Türkiyə prezidenti barəsində edam hökmü çıxarıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının "mənəvi lideri" Əbu Habab əl-İraki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində 13 bəndlik ittihamla "ölüm hökmü" çıxarıb.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, bu "hökm"ü onlar sosial şəbəkədə yayıblar.

Terrorçular bildirib ki, Ərdoğan Suriya və İraqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanı dəstəklədiyi üçün "edam olunmalıdır".

İŞDİ-in "din xadimi" Rəcəb Tayyib Ərdoğanı "xristianlara, ələvilərə və yəhudilərə satılan mürtəd" adlandırıb.

"Tövbə etmədiyindən Rəcəb Tayyib Ərdoğanı edam gözləyir", - "din xadimi" "fətvasında" vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi