​İŞİD terror qruplaşması Türkiyə-Suriya sərhədindən geri çəkilib

​İŞİD terror qruplaşması Türkiyə-Suriya sərhədindən geri çəkilib Terrorçular Türkiyə sərhədi yaxınlığında xəndək qazmağa son verib və nəzarət məntəqələrini də tərk ediblər
Region
24 İyul , 2015 23:15
​İŞİD terror qruplaşması Türkiyə-Suriya sərhədindən geri çəkilib

Bakı. 24 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşması Türkiyə-Suriya sərhədindəki ərazilərdən geri çəkilib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD bu addımı ötən gün Türkiyə Silahlı Qüvvələri və koalisiya qüvvələrinə məxsus təyyarələrin bombardmanından sonra ağır itkilər verməsi nəticəsində atıb.

Belə ki, terrorçular Türkiyənin Qaziantep vilayətinin Qarqamış rayonunun Suriyanın Hələb şəhərindən şimalda yerləşən Cerablus rayonunun mərkəzindən içərilərə doğru geri çəkiliblər.

İŞİD terrorçuları Türkiyə sərhədi yaxınlığında xəndək qazmağa son verib və nəzarət məntəqələrini  tərk ediblər.

Bundan əlavə, Türk Silahlı Qüvvələrinə məxsus zirehli maşınlar keçid edib, bir top mərmisi də İŞİD mövqeyinə düşüb. Digər tərəfdən, İŞİD-in nəzarəti altındakı gömrük-keçid məntəqəsinin binası da daxil olmaqla bəzi binaların partladıldığı müşahidə edilib. 

Son xəbərlər

Orphus sistemi