Bakı. 2 may.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçuların 5 döyüş mövqeyi və 6 nəqliyyat vasitəsi də məhv edilib.
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərini bombalaması nəticəsində isə 29 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, bu qruplaşma Türkiyənin Suriya ilə sərhəd bölgəsindəki Kilis rayonuna Rusiya istehsalı olan "Katyuşa" kompleksindən raketlər atır. Ötən gün atılan raket nəticəsində azı iki nəfər yaralanıb. Son 4 ayda açılan belə atəşlər nəticəsində 18 nəfər həlak olub.