Bakı. 20 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis şöbəsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında toqquşma baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, etirazçılar etirazçılar qanun keşikçilərini daşa basıblar.
Polis əməkdaşları isə qarşılığında nümayişçilərə qarşı səs qumbarası və gözyaşardıcı qaz tətbiq ediblər, havaya atəş açıblar. Hər iki tərəf arasında yaralananların olduğu bildirilir.