Bakı. 15 aprel. REPORT.AZ/ Cümə günü İrəvanda Ermənistan və Rusiya parlamentlərinin müdafiə və milli təhlükəsizlik üzrə daimi komissiyalarının birgə iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Rusiya nümayəndə heyətinə bu ölkənin Federasiya Şurasının Müdafiə və təhlükəsizlik üzrə komitə sədrinin müavini Frans Klinseviç rəhbərlik edəcək.
"İclas zamanı Cənubi Qafqazda geosiyasi vəziyyət, Ermənistan-Rusiya hərbi, hərbi-texniki və hərbi sənaye sahələri, həmçinin beynəlxalq terrorçuluq, ekstremizm və ksenofobiyaya qarşı mübarizəyə dair məsələlər müzakirə olunacaq", — deyə mətbuat xidməti məlumat verib.
İclasın böyük hissəsinin qapalı rejimdə keçəcəyi, tərəflərin daha sonra mətbuat üçün bəyanatlar verəcəyi qeyd olunub.