​İrəvanda avtomobillərdə silahlı yoxlama aparılır

​İrəvanda avtomobillərdə silahlı yoxlama aparılır Faktla bağlı cinayət işi açılıb
Region
4 Mart , 2015 17:51
​İrəvanda avtomobillərdə silahlı yoxlama aparılır

Bakı. 4 mart. REPORT.AZ/ İrəvanın müxtəlif hissələrinə daxil olan və çıxan maşınlarda silahlı yoxlama aparılır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, buna səbəb İrəvanın Nubaraşen rayonundakı həbsxana yaxınlığında baş verən atışmadır.

Xatırladaq ki, bu gün həmin ərazidə baş verən atışma nəticəsində 3 erməni - 43 yaşlı Levon Kazaryan, 35 yaşlı Drastamat Tadevosyan və Mesrop Melikyan ölüb.

Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, cinayət yerindən "Kalaşnikov" avtomatı, "Makarov" markalı tapança və çoxlu sayda giliz aşkarlanıb. Hadisə yerində olanlar deyib ki, qətlə yetirlənlər kriminal aləmin təmsilçiləridır.

Son xəbərlər

Orphus sistemi