​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb Basqınçılar Qətər vətəndaşlarının düşərgəsini 70 avtomobillə mühasirəyə alıb
Region
16 Dekabr , 2015 16:35
​İraqa ova gedən Qətər əmirinin ailə üzvləri oğurlanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ İraqın cənubunda naməlum şəxslər 20-dən çox Qətər vətəndaşını girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İraqın Mutanna əyalətinin başçısı Faleh əz-Ziyadi bildirib.

Onun sözlərinə görə, Mutanna rayonuna ova gələn Qətərin 26 vətəndaşını naməlum şəxslər oğurlayıb: "Hadisə Bağdaddan 280 km cənub-qərbdə yerləşən əs-Samava şəhərində baş verib".

Məlumata görə, basqınçılar Qətər vətəndaşlarının düşərgəsini 70 avtomobillə mühasirəyə alıb.

Əz-Ziyadi bildirib ki, ova gələnlərin rəsmi icazələri olub: "Bununla belə, onlara təhlükəsizliklərinin təmin edilməyəcəyi də bildirilib".

Xəbərə əsasən, oğurlananların arasında Qətər əmirinin ailə üzvü olan şəxslər də var.

Qətər tərəfi hadisə ilə bağlı açıqlama verilməyib.

Son xəbərlər

Orphus sistemi