İraqda köçkünlərin sayı 3 milyonu ötüb

İraqda köçkünlərin sayı 3 milyonu ötüb 400 min iraqlı qaçqın yaşadıqları yerlərə geri dönüb
Region
17 Oktyabr , 2015 14:09
İraqda köçkünlərin sayı 3 milyonu ötüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ İraqda ölkə daxilindəki köçkünlərin sayı 3 milyon 206 min 736 nəfərə çatıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, ötən ilin yanvar ayından bu ilin sentyabr ayına qədər olan müddətdə ölkə daxilində daha təhlükəsiz yerlərə köç edənlərin sayı 3 milyonu keçib.

Qaçqınların ən çox məskunlaşdığı ərazilər Ənbar (18%) və Bağdaddır (13%). Açıqlamada həmçinin 400 min iraqlı qaçqının yaşadıqları yerlərə geri döndüyü qeyd edilib.

Son xəbərlər

Orphus sistemi