​İraq XİN: "Türkiyə təmsilçiləri hərbçilərinin çıxarılmasını öz hökuməti ilə məsləhətləşəcək"

​İraq XİN: "Türkiyə təmsilçiləri hərbçilərinin çıxarılmasını öz hökuməti ilə məsləhətləşəcək" Türkiyə, ABŞ və İraqın şimalındakı muxtar hökumət İraqdakı vəziyyəti müzakirə edəcək
Region
11 Dekabr , 2015 16:03
​İraq XİN: Türkiyə təmsilçiləri hərbçilərinin çıxarılmasını öz hökuməti ilə məsləhətləşəcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə hərbçilərinin İraqdan çıxarılması haqda qərar hökumətlə məsləhətləşmədən sonra qəbul edilə bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Bağdada səfər edən Türkiyə xarici işlər nazirinin müvini Ferudin Sinirlioğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı Hakan Fidan və nümayəndə heyətinin başqa üzvləri bildiriblər.

"İraq Türkiyədən hərbçilərinin ölkə ərazisindən çıxmasını tələb edir. Türkiyə tərəfi məsələyə prinsipial razılığını ifadə edərək, öz hökuməti ilə məsləhətləşdikdən sonra qərarı elan edəcəklərini vurğulayıblar", - görüşün nəticələri ilə bağlı İraq Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərini İraq ərazisindən çıxarmağa hazırlaşmadıqlarını deyib: "Dekabrın 21-də Türkiyə, ABŞ və İraqın şimalındakı muxtar hökumət İraqdakı vəziyyəti müzakirə edəcək ".

Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın vitse-prezidenti Co Baydenlə İraq-Türkiyə münasibətlərindəki gərginliyi telefonla müzakirə edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır İraqın Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlim verir.

Son xəbərlər

Orphus sistemi