​İraq Rusiyanın Xəzərdən atdığı raketlərin ölkənin hava sahəsindən uçmasını qadağan edib

​İraq Rusiyanın Xəzərdən atdığı raketlərin ölkənin hava sahəsindən uçmasını qadağan edib Rəsmi Bağdad bunu ölkəsinin təhlükəsizliyi ilə əsaslandırıb
Region
24 Noyabr , 2015 10:40
​İraq Rusiyanın Xəzərdən atdığı raketlərin ölkənin hava sahəsindən uçmasını qadağan edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Rəsmi Bağdad Rusiyanın Xəzər dənizindəki hərbi gəmilərdən Suriya ərazisinə atdığı qanadlı raketlərin İraqın hava məkanından uçmasını qadağan edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraq hökuməti bunu ölkəsinin təhlükəsizliyi ilə əsaslandırıb.

Xəbərdə bildirilib ki, noyabrın 23-dən etibarən ölkənin hava sahəsindən ticari uçuşların edilməsi də yasaqlanıb. Ona görə də Türkiyə, İordaniya, körfəz ölkələri və Avstriyadan edilən bütün ticarət məqsədli uçuşların bu ölkə üzərindən olunması iki günlüyə yasaqlanıb.

Qərara əsasən, Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşlar da azı iki gün təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi