İranlı general: "Ballistik raket proqramından əl çəkməyəcəyik"

İranlı general: "Ballistik raket proqramından əl çəkməyəcəyik" Əmirəli Hacızadə: "ABŞ-ın sanksiyalarına baxmayaraq, İran hərbi raket proqramını inkişaf etdirəcək"
Region
30 Yanvar , 2016 17:03
İranlı general: Ballistik raket proqramından əl çəkməyəcəyik

Bakı. 30 yanvar. REPORT.AZ/ "ABŞ-ın sanksiyalarına baxmayaraq, İran ballistik raket proqramını inkişaf etdirəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələri və Hərbi-Kosmik Qoşunlarının komandanı general Əmirəli Hacızadə bildirib.

Onun sözlərinə görə, İran bu istiqamətdə səylərini ikiqat artırıb: "ABŞ isə İrandan raket proqramını dayandırmağı tələb etməklə əks nəticəyə nail olmaq istəyir".

Ə.Hacızadə deyib ki, ölkəsi ballistik raket proqramını həyata keçirməkdən geri çəkilmək niyyətində deyil.

Qeyd edək ki, ABŞ raket proqramını inkişaf etdirdiyi üçün İrana qarşı sanksiyaların bir hissəsinin aradan qaldırılmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi