​İranla Rusiya arasında viza rejimi sadələşdirilir

​İranla Rusiya arasında viza rejimi sadələşdirilir RF-yə gedən iranlı turistlərin sayında artımın müşahidə olunacağı gözlənilir
Region
11 Dekabr , 2014 11:16
​İranla Rusiya arasında viza rejimi sadələşdirilir

Bakı.11 dekabr. REPORT.AZ/ İranla Rusiyanın xarici işlər nazirləri yaxın günlərdə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi haqda memorandum imzalayacaq.

"Report"un "İran.ru"ya istinadən verdiyi xəbərə görə, İranın Rusiyadakı səfiri Mehdi Sanaini bildirib ki, memorandumda vizanın sənədləşdirilməsi müddətinin azaldılması, turistlərə vizaların ölkəyə gələndən sonra veilməsi və qalma vaxtının uzadılması nəzərdə tutulub.

Diplomat qeyd edib ki, iki ölkə münasibətlərində başlıca çətinlik viza məsələsindədir.

2014-cü ilin yekununda Rusiyaya gedən iranlı turistlətin sayı 25-30 faiz arta bilər.

Son xəbərlər

Orphus sistemi