​İranın XİN başçısı: "Danışıqların müddəti bir neçə gün uzadıla bilər"

​İranın XİN başçısı: "Danışıqların müddəti bir neçə gün uzadıla bilər" "Danışıqlarda iştirak edənlərə güzəştə getməyəcəyimizi sübut etmişik"
Region
21 İyun , 2015 12:18
​İranın XİN başçısı: Danışıqların müddəti bir neçə gün uzadıla bilər

Bakı. 21 iyun. REPORT.AZ/ "İran nüvə məsələsində razılaşmanın son müddətinin iyulun 1-dək olmasında israr etmir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib.

"Biz hesab edirik ki, ilk növbədə yaxşı razılaşma əldə edilməlidir. Bu isə bizim vaxtı çərçivəyə salmağa israr etmədiyimiz anlamına gəlməlidir. Yekun razılaşma ilə bağlı ola bilsin, danışıqların müddətini bir neçə gün uzatdıq. Məncə, sonradan yeni vaxt təyin etməkdənsə, ən yaxşısı razılaşma imzalananadək indiki danışıqların müddətini uzatmaqdır", - o, vurğulayıb.

İranlı nazir daha sonra bildirib: "Danışıqlarda iştirak edənlərə güzəştə getməyəcəyimizi və həddindən artıq tələbləri qəbul etməyəcəyimizi sübut etmişik".

Qeyd edək ki, iyunun 30-dək İranın atom-nüvə proqarmı üzrə "altılıq" dövlətləri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında yekun razılaşma sənədi imzalanmalıdır. 

Son xəbərlər

Orphus sistemi