​İranın şimal-qərbində bir neçə terrorçu məhv edilib

​İranın şimal-qərbində bir neçə terrorçu məhv edilib Sağ qalmış terrorçuların təqib olunması əməliyyatı davam edir
Region
16 İyun , 2016 03:00
​İranın şimal-qərbində bir neçə terrorçu məhv edilib

Bakı. 16 iyun. REPORT.AZ/ İranın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində bir neçə terrorçunu məhv edib. "Report" xəbər verir ki, bu barədə "İslam İnqilabı Keşikçiləri" Korpusunun quru qüvvələrinin briqada generalı Məhəmməd Pakpur xəbər verib.

Onun sözlərinə görə, İran ərazisinə daxil olmağa çalışan iki terrorçu qruplaşma ilə "İslam İnqilabı Keşikçiləri" Korpusunun quru qüvvələri arasındakı toqquşmalar İraqla həmsərhəd Aşnuye rayonunda Həmzə seyid əl-şuxadə bazasında baş verib. Əməliyyatlar nəticəsində bir neçə yaraqlı məhv edilib.

General bildirib ki, öldürülənlərin sayı dəqiqləşdirilməyib. Sağ qalmış terrorçuların təqib olunması əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi