İranın Qərbi Azərbaycan vilayətindəki partlayışda 13 ölü, 11 yaralı var

İranın Qərbi Azərbaycan vilayətindəki partlayışda 13 ölü, 11 yaralı var Hadisəyə Xoy yaxınlığındakı Şorik yaşayış məntəqəsində evlərdən birində su qızdırıcı sistemindən qaz sızması səbəb olub
Region
5 İyul , 2016 19:50
İranın Qərbi Azərbaycan vilayətindəki partlayışda 13 ölü, 11 yaralı var

Bakı. 5 iyul. REPORT.AZ/ İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində qaz balonu partlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, nəticədə güclü yanğın çıxıb, 13 nəfər həyatını itirib, 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Hadisəyə Xoy yaxınlığındakı Şorik yaşayış məntəqəsində evlərdən birində su qızdırıcı sistemindən qaz sızması səbəb olub. 

Yaralılar Təbriz, Urmiya, Tehran və İsfahan şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Həkimlər onların həyatlarını xilas etmək üçün mübarizə aparır. 

Xəbərdə qurbanların sayının çox olmasına səbəb kimi hadisə yerinə yanğınsöndürənlərin vaxtında gəlməməsi və Xoy şəhərindəki tibb müəssisələrində yanıq şöbələrinin olmaması göstərilib. 

Son xəbərlər

Orphus sistemi