İranın nüvə proqramı ilə bağlı razılaşma 6-12 ay müddətinə uzadıla bilər

İranın nüvə proqramı ilə bağlı razılaşma 6-12 ay müddətinə uzadıla bilər Əgər tərəflər siyasi sənədi razılaşdırmasalar danışıqlar prosesi 6-12 ay müddətinə uzanacaq
Region
23 Noyabr , 2014 13:41
İranın nüvə proqramı ilə bağlı razılaşma 6-12 ay müddətinə uzadıla bilər

Bakı. 23 noyabr. REPORT.AZ/ İran ilə "altılıq" ölkələri (beynəlxalq vasitəçilər ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında razılaşma prosesi uzadıla bilər.

"Report"-un TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Cenevrədə danışıqlarda iştirak edən İran nümayəndə heyətinə yaxın mənbə məlumat verib.

Onun sözlərinə görə, əgər tərəflər siyasi sənədi razılaşdırmasalar danışıqlar prosesi 6-12 ay müddətinə uzanacaq.

"Bununla belə, tərəflər çalışırlar ki yaxın günlərdə mövqelərdə yaxınlaşdırmaşma qeydə alınsın. Ancaq noyabrın 24-də qədər konkret nəticəyə çatmaq çətindir, - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi