​İranın neft naziri Səudiyyə Ərəbistanı-Rusiya anlaşmasını gülməli adlandırıb

​İranın neft naziri Səudiyyə Ərəbistanı-Rusiya anlaşmasını gülməli adlandırıb Bijen Namdar-Zəngənə: "Onların gündəlik hasilatı 10 milyon barel olacaq, biz isə bir milyon barel səviyyəsində qalacağıq"
Region
24 Fevral , 2016 10:33
​İranın neft naziri Səudiyyə Ərəbistanı-Rusiya anlaşmasını gülməli adlandırıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bəzi qonşu ölkələr ötən illərdə neft hasilatını 10 milyon barelədək artıraraq, bu həcmdə ixracat həyata keçiriblər. İndi də deyirlər ki, gəlin, hamımız neft hasilatını eyni səviyyədə saxlayaq. Belə çıxır ki, onların gündəlik hasilatı 10 milyon barel olacaq, biz isə bir milyon bareldə qalacağıq. Bu çox gülməlidir".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijen Namdar-Zəngənə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatını yanvar ayındakı həcmdə saxlanılması haqda əldə etdikləri razılığa münasibət bildirərkən deyib.

Qeyd edək ki, ötən həftə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv dövlətlər Venesuela, Səudiyyə Ərəbistanı, Qətər və quruma daxil olmayan ən böyük neft ixracatçı Rusiya arasında "qara qızıl"ın qiymətini qaldırmaq məqsədi ilə bu enerjidaşıyıcısının hasilatını yanvar ayındakı səviyyədə saxlanılmasına dair razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi