Mahmud Əhmədinejad İranın ali rəhbəri Xaməneinin məsləhətinə əməl edib

Mahmud Əhmədinejad İranın ali rəhbəri Xaməneinin məsləhətinə əməl edib Keçmiş prezident ölkənin ali rəhbərinə məktub ünvanlayıb
Region
27 Sentyabr , 2016 15:48
Mahmud Əhmədinejad İranın ali rəhbəri Xaməneinin məsləhətinə əməl edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ "İnqilabın böyük liderinin tövsiyələrinə əməl edərək gələn il keçiriləcək prezident seçkisinə namizəd olaraq qatılmayacağımı diqqətinizə çatdırıram".

"Report" "Tasnim" agentlyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejad ölkəsinin ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə məktubunda vurğulayıb.

Qeyd edək ki, İranda növbəti prezident seçkisi 2017-ci il mayın 19-da keçiriləcək. Ölkənin hazırkı prezidenti Həsən Ruhani 2013-cü ilin avqust ayında vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, M.Əhmədinejadın yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı məlumat yayılmışdı. Ayətullah Xamənei sentyabrın 25-də keçirilən toplantıda bildirib ki, Əhmədinejada seçkidə namizədliyini irəli sürməyi qadağan etməyib, ona bu addımı atmamağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi