​İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidentinə məktub yazıb

​İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidentinə məktub yazıb Bu məbləğ ABŞ-ın terrordan zərərgörən 241 əsgərinin ailəsinə veriləcək
Region
8 Avqust , 2016 21:04
​İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidentinə məktub yazıb

Bakı. 8 avqust. REPORT.AZ/ İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidenti Barak Obamaya məktubla müraciət edib.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Həmin məktub avqustun 8-də İsveçrənin İrandakı səfirliyinə təqdim edilib.

İranın 9 və 10-cu prezidenti Mahmud Əhmədinejat məktubda İslam Respublikasının 2 milard dollarlıq əmlakını verməsini istəyib. O, ABŞ-ın İrana qarşı siyasətini də tənqid atəşinə tutub.

Qeyd edək ki, ABŞ-ın Ali Məhkəməsi 2014-cü il iyulun 9-da İranın 2 milyard dollarlıq əmlakına həbs qoyub. 2016-cı il aprelin 20-də isə həmin məhkəmə İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqqında qərar qəbul edib.

Məlumata görə, bu məbləğ ABŞ-ın terrordan zərərgörən 241 əsgərinin ailəsinə veriləcək.

Xatırladaq ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Son xəbərlər

Orphus sistemi