​İranın Hərbi Dəniz Qüvvələri bir il ərzində 20 təlim keçirəcək

​İranın Hərbi Dəniz Qüvvələri bir il ərzində 20 təlim keçirəcək Təlimlər zamanı raket atışları da nəzərdə tutulur
Region
3 May , 2016 21:20
​İranın Hərbi Dəniz Qüvvələri bir il ərzində 20 təlim keçirəcək

Bakı. 3 May. REPORT.AZ/ İranın Hərbi Dəniz Qüvvələri (HHQ) yerli təqvimlə cari il ərzində (20 mart 2017-ci il tarixində başa çatacaq) 20 təlim keçirəcək.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı İran HHQ komandanlığının kont-admiralı Həbibullah Səyari bildirib.

"İranın Hərbi Dəniz Qüvvələri İran təqvimi ilə cari ildə, raket atışı, sualtı qüvvələr, hərbi-dəniz kəşfiyyatı təlimləri də daxil olmaqla 20 ixtisaslaşdırılmış təlim keçirəcək. İlk təlimlər artıq gələn ay başlayacaq və elektron müharibənin aparılmasında döyüş gəmilərinin heyət məşqlərini özündə əks etdirəcək. "Vilayət-95" kod adlı miqyaslı təlimlərə gəldikdə isə, onlar 2017-ci ilin fevral ayında keçiriləcək", - deyə "Fars" agentliyi kontr-admiralın sözlərini sitat gətirir.

Son xəbərlər

Orphus sistemi